Fərdi Qonaq Turları — Azərbaycanı lüks və komfortla kəşf edin
Bakının gəzməli yerlərinə, Abşeronun gəzməli məkanlarına və Azərbaycanın gözəl bölgələrinə – Şahdağ, Qəbələ, Şəki, Quba və Lənkərana fərdi VIP turlar təşkil edirik. Şəxsi sürücü və rahat Mercedes maşınları ilə istədiyin kimi gəzib səyahətindən zövq alırsan.
Fərdi VIP Tur Xidməti
Zövqünüzə uyğun qurulan fərdi səyahət marşrutları
Xarici qonaqlarınız və ya ailəniz üçün standart qaydalardan uzaq, tamamilə istəyinizə uyğun tur proqramları tərtib edirik. Harada istəsəniz dayanıb dincəlmək, şəhərin mədəniyyətini və dadlarını kəşf etmək üçün tam sərbəstliyiniz var.
-
Fərdi və ailəvi şəhər turları İstədiyiniz məkanlara tələsmədən, rahat tempdə və tam sərbəst şəkildə baş tutan şəhər içi gəzintiləri
-
Rayonlara və dağ kurortlarına turlar Qəbələ, Şəki, Quba, Şahdağ və digər turistik bölgələrə komfortlu səyahət
-
Bələdçi sürücü xidməti Xarici qonaqlarla sərbəst ünsiyyət quran, bölgələri yaxşı tanıyan peşəkar sürücülər
-
Fərdi səyahət planlaması Bir neçə günlük səfər planlaşdırır, amma haradan başlayacağınızı bilmirsiniz? Hər günü sizin üçün əvvəlcədən planlaşdırıb tur qururuq.
Səyahətinizdə qüsursuzluq və maksimum rahatlıq
Fərdi qonaqlarımızın səfərlərini unudulmaz təcrübəyə çevirmək üçün hər bir detalı öncədən planlaşdırır və yüksək xidmət səviyyəsi təqdim edirik.
Dəqiq vaxt idarəçiliyi
Səfər qrafikinizə tam uyğun olaraq, avtomobillər təyin olunan vaxtda oteldə və ya ünvanda hazır olur.
Peşəkar sürücü heyəti
Yol şəraitini mükəmməl bilən, mədəni, qonaqpərvər və bir neçə dildə sərbəst ünsiyyət quran sürücülər.
Eksklüziv VIP status
Səyahət tərzinizə xüsusi dəyər qatan premium sinif flaqman avtomobillər və komfortlu interyer.
24/7 əməliyyat dəstəyi
Günün istənilən saatında səyahət zamanı yarana biləcək dəyişikliklərə və sorğulara operativ reaksiya.
Fərdi marşrut planlaması
Arzu etdiyiniz görməli yerlərə və tarixi məkanlara ən rahat hərəkət xəttinin əvvəlcədən hazırlanması.
Maksimum məxfilik
Fərdi qonaqlarımızın və ailə üzvlərinin təhlükəsizliyi və şəxsi məxfiliyi tam şəkildə qorunur.
Əsas məlumatlar bir baxışda
Fərdi qonaq turları — tez-tez verilən suallar
Fərdi turunuz üçün bizimlə əlaqə saxlayın
Qonaqlarınızın və yaxınlarınızın Azərbaycan üzrə səyahətini ən yüksək səviyyədə təşkil edək.