Ana səhifə  /  Xidmətlər  /  Fərdi qonaq turları

Fərdi Qonaq Turları — Azərbaycanı lüks və komfortla kəşf edin

Bakının gəzməli yerlərinə, Abşeronun gəzməli məkanlarına və Azərbaycanın gözəl bölgələrinə – Şahdağ, Qəbələ, Şəki, Quba və Lənkərana fərdi VIP turlar təşkil edirik. Şəxsi sürücü və rahat Mercedes maşınları ilə istədiyin kimi gəzib səyahətindən zövq alırsan.

LuxuryTransfer.az Private Tours Baku Fərdi VIP Tur Xidməti
EKSKLÜZİV SƏYAHƏT VƏ EKSKURSİYALAR

Zövqünüzə uyğun qurulan fərdi səyahət marşrutları

Xarici qonaqlarınız və ya ailəniz üçün standart qaydalardan uzaq, tamamilə istəyinizə uyğun tur proqramları tərtib edirik. Harada istəsəniz dayanıb dincəlmək, şəhərin mədəniyyətini və dadlarını kəşf etmək üçün tam sərbəstliyiniz var.

  • Fərdi və ailəvi şəhər turları İstədiyiniz məkanlara tələsmədən, rahat tempdə və tam sərbəst şəkildə baş tutan şəhər içi gəzintiləri
  • Rayonlara və dağ kurortlarına turlar Qəbələ, Şəki, Quba, Şahdağ və digər turistik bölgələrə komfortlu səyahət
  • Bələdçi sürücü xidməti Xarici qonaqlarla sərbəst ünsiyyət quran, bölgələri yaxşı tanıyan peşəkar sürücülər
  • Fərdi səyahət planlaması Bir neçə günlük səfər planlaşdırır, amma haradan başlayacağınızı bilmirsiniz? Hər günü sizin üçün əvvəlcədən planlaşdırıb tur qururuq.
Fərdi tur üçün müraciət edin →
NİYƏ BİZİ SEÇİRLƏR

Səyahətinizdə qüsursuzluq və maksimum rahatlıq

Fərdi qonaqlarımızın səfərlərini unudulmaz təcrübəyə çevirmək üçün hər bir detalı öncədən planlaşdırır və yüksək xidmət səviyyəsi təqdim edirik.

Dəqiq vaxt idarəçiliyi

Səfər qrafikinizə tam uyğun olaraq, avtomobillər təyin olunan vaxtda oteldə və ya ünvanda hazır olur.

Peşəkar sürücü heyəti

Yol şəraitini mükəmməl bilən, mədəni, qonaqpərvər və bir neçə dildə sərbəst ünsiyyət quran sürücülər.

Eksklüziv VIP status

Səyahət tərzinizə xüsusi dəyər qatan premium sinif flaqman avtomobillər və komfortlu interyer.

24/7 əməliyyat dəstəyi

Günün istənilən saatında səyahət zamanı yarana biləcək dəyişikliklərə və sorğulara operativ reaksiya.

Fərdi marşrut planlaması

Arzu etdiyiniz görməli yerlərə və tarixi məkanlara ən rahat hərəkət xəttinin əvvəlcədən hazırlanması.

Maksimum məxfilik

Fərdi qonaqlarımızın və ailə üzvlərinin təhlükəsizliyi və şəxsi məxfiliyi tam şəkildə qorunur.

Qısa Faktlar

Əsas məlumatlar bir baxışda

Xidmət sahəsiBakı şəhəri, Abşeron və Azərbaycanın bütün turizm bölgələri
AvtoparkMercedes S-Class, Mercedes V-Class, Mercedes GL, Maybach, Sprinter
Əlçatanlıq24/7 fərdi tur rezervasiyaları və səyahət dəstəyi
Ödəniş üsullarıNağd, Bank Kartı, Köçürmə yolu ilə və ya onlayn ödəniş
Sürücü dilləriAzərbaycan, İngilis, Rus, Ərəb, Türk və Gürcü
Təcrübə10+ il fərdi qonaq qarşılama və turizm logistikası
RezervasiyaSayt üzərindən, zənglə və ya birbaşa menecerlə əlaqə vasitəsilə
SUALLAR VƏ CAVABLAR

Fərdi qonaq turları — tez-tez verilən suallar

Fərdi turlar üçün marşrutu özümüz seçə bilərikmi? +
Bəli, tamamilə. Fərdi qonaq turları tam sizin istək və maraqlarınıza uyğun qurulur. İstədiyiniz məkanları siyahıya əlavə edə, istədiyiniz qədər dayanaraq gəzintini sərbəst tənzimləyə bilərsiniz.
Rayonlara turlar zamanı sürücü bizə bələdçilik edirmi? +
Sürücülərimiz bölgənin yollarını, görməli yerlərini yaxşı bilən təcrübəli şəxslərdir və əsas məlumatları sizinlə bölüşürlər. Əlavə olaraq, istək əsasında peşəkar və sertifikatlaşdırılmış gəzinti bələdçisi də təmin edə bilərik.
Xarici qonaqlar üçün hansı dillərdə sürücü təklif olunur? +
Sürücü heyətimiz ingilis, rus, ərəb, türk, gürcü və azərbaycan dillərində səlist danışır. Qonaqlarınızın rahat ünsiyyət qurması üçün uyğun dildə danışan sürücü təyin olunur.
Turlar üçün ödənişi necə həyata keçirə bilərik? +
Ödənişləri istəyinizə uyğun olaraq nəğd, bank kartı, onlayn ödəniş və ya rəsmi bank köçürməsi yolu ilə həyata keçirə bilərsiniz. İstəyinizə uyğun olaraq rəsmi qəbz və ya müvafiq sənədlər təqdim olunur.
SƏYAHƏTİNİZİ İNDİ PLANLAŞDIRAQ

Fərdi turunuz üçün bizimlə əlaqə saxlayın

Qonaqlarınızın və yaxınlarınızın Azərbaycan üzrə səyahətini ən yüksək səviyyədə təşkil edək.